ABŞ-ın hüquq müdafiəçiləri hokkeyçinin dediklərinə diqqət ayırmalıdır. ABŞ-ın hüquq müdafiəçiləri hokkeyçinin dediklərinə diqqət ayırmalıdır.

Niyə ABŞ-lı hokkeyçi kökələn qadınlarından danışmır? - Jirinovski

ABŞ-ın hüquq müdafiəçiləri hokkeyçinin dediklərinə diqqət ayırmalıdır.

Xəbər verildiyi kimi ABŞ-lı hokkeyçi Rayan Uitni rusiyalı qadınlar haqda fikirlərini səsləndirib: "Onlar ya Kurnikova kimi çox gözəl, ya da 3 gözlü Çernobıl eybəcərləri kimi çox çirkin olurlar".

O, ümumilikdə bütün rusiyalıların da ünvanına daş atıb: "Bahalı əşyalar alsalar da kiçik mənzillərdə yaşayırlar".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı siyasətçi Vladimir Jirinovskinin ona cavabı çox gecikməyib.

Onun sözlərinə görə, ABŞ-ın hüquq müdafiəçiləri hokkeyçinin dediklərinə diqqət ayırmalıdır.

"ABŞ təhqirə qarşı və ədalət uğrunda mübarizədə özünü dünya lideri elan edib. Bu, onların görünən tərəfidir, əslində isə əsil reallıq belə deyil. Niyə o hokkeyçi ABŞ-lı qadınlar haqda fikrini demir, hansı ki kökəlmək onlarda çox yayılıb". Jirinovski "Nation News" nəşrinə bunları deyib.

Babək Göyüş

AzNews.az