Jirinovksi onun ünvanına təhqiredici ifadələr işlədib Jirinovksi onun ünvanına təhqiredici ifadələr işlədib

Rusiyalı deputat Jirinovskini məhkəməyə verdi - "Təhqir edib"

Jirinovksi onun ünvanına təhqiredici ifadələr işlədib

Rusiya Dövlət Dumasının deputatı, Rusiya qvardiyasının direktorunun sabiq müşaviri Aleksandr Xinşteyn Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskini məhkəməyə verəcək.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Xinşteyn özünün Tvitter səhifəsində yazıb.

Deputatın sözlərinə görə, Jirinovski tele proqramların birində onun ünvanına təhqiredici ifadələr işlədib.

"Bu haqda Dumanın Etika üzrə kimissiyasına şikayət yazdım. Artıq onların cavabını almışam. O cavab heç də məni qane etmədi. Bu baxımdan Jirinovskini məhkəməyə verəcəyəm", - deyə deputat bildirib.

Babək Göyüş

AzNews.az