Ölən şəxs bir müddət əvvəl İspaniyadan deportasiya edilibmiş Ölən şəxs bir müddət əvvəl İspaniyadan deportasiya edilibmiş

Təyyarə ermənini vurub öldürdü - VİDEO

Ölən şəxs bir müddət əvvəl İspaniyadan deportasiya edilibmiş

Moskvanın Şeremetyevo aeroportunda Moskva-Afina reysi ilə uçmağa hazırlaşan sərnişin təyyarəsi bir nəfəri öldürüb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, dispetçerə təyyarənin yad bir cisimlə toqquşduğu haqda məlumat daxil olub.

Uçuş-eniş zolağına baxış keçirilən zaman məlum olub ki, təyyarə bir nəfəri öldürüb. Onun qalıqları zolaqdan yığışdırılıb.

Yerdən tapılan minik talonu 1993-cü il doğumlu Ermənistan vətəndaşı Albert Yepremyanın adına yazılıb. Ölənə 2 saat qalmış o, Madriddən deportasiya edilərək Moskvaya gəlibmiş.

Cəsədin üzərində onun noyabrın 19-da Ermənistana qayıdacağı haqda vəsiqə və hərbi bilet olub.

Sonradan müəyyən edilib ki, kişini təyyarədən polislər endiriblər. O, Madriddən gələn zaman göyərtədə dava salıb və onun haqda polisə şikayət daxil olub.

Polis əməkdaşları D terminalının tranzit zonasında onunla baş verən insidentə aydınlıq gətirmək istəyiblər. Bundan sonra onu təyyarəyə mindirmək üçün çıxışa aparıblar. Albert Moskvadan Yerevana uçacaqmış.

Müşahidə kamerasından alınan görüntüyə görə o, saat 20.03-də avtobusa minməyib və uçuş zolağına doğru qaçıb. Bu zaman isə təyyarə onu öldürüb.

Qeyd edək ki, ermənini öldürən “Boing 737” sərnişin təyyarəsi dünən gecə 00.50 radələrində Afina şəhərində eniş edib. Onun fyuzelaj hissəsində zədə olduğu deyilir.

Babək Göyüş

© AzNews.az

image description