Sosioloqlar istehlak zənbilinə görə ölkə əhalisini şərti olaraq 4 qrupa bölüb. Sosioloqlar istehlak zənbilinə görə ölkə əhalisini şərti olaraq 4 qrupa bölüb.

Rusiya əhalisinin 22 faizi yoxsuldur - RBK

Sosioloqlar istehlak zənbilinə görə ölkə əhalisini şərti olaraq 4 qrupa bölüb.

Rusiya əhalisinin 22 faizi yoxsul şəraitdə yaşayır. Onların pulu yalnız ən adi qida məhsulları almağa çatır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu, sentyabr ayında rusiyalılar arasında keçirilən sorğu nəticəsində məlum olub.

İnformasiyanı ictimaiyyətə RBK telekanalı yayıb.

Sosioloqlar istehlak zənbilinə görə ölkə əhalisini şərti olaraq 4 qrupa bölüb.

1-ci qrupa 28.3 fazilə komfort şəraitində yaşayanlar daxildir. Bu insanlar istədikləri əşyanı alırlar və onların sabaha inamları çox böyükdür.

İkincilər 14.1 faizlə yaxşı yaşamaq üçün həyatlarında böyük bir uğura imza ata bilməyənlərdir. Bu insanlar da bahalı nəsə ala bilirlər, ancaq gələcəkdə vəziyyətlərinin pis olacağından qorxurlar.

Üçüncülər 35.6 faizlə riskli ömür sürənlərdir. Bu qəbildən olanlar hər gün yaxşı qidalanır, bəzi lazımlı geyimlər alır, ancaq bahalı əşyalar əldə etməyə gücləri çatmır.

Sonuncu yerdə isə 22 faizlə yoxsul yaşayanlardır.

Babək Göyüş

© AzNews.az