"Azərbaycanın gözəl güşələrinə vurulmamaq mümkün deyil". "Azərbaycanın gözəl güşələrinə vurulmamaq mümkün deyil".

“Bakı dünya turizminin Məkkəsinə çevrilir” - Rusiyalı deputat

"Azərbaycanın gözəl güşələrinə vurulmamaq mümkün deyil".

"Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam".

Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada keçirilən "Nəqliyyat həftəsi 2018" beynəlxalq sərgisində deyib.

D.Savelyevin sözlərinə görə, Azərbaycanın gözəl güşələrində - buraya dağ-xizək kurortları və digər unikal təbii landşaftlar daxildir - olmaqla oralara vurulmamaq mümkün deyil.

"Özümdən bilirəm ki, bir dəfə Azərbaycana səfər etməklə ona vurulursan. Çox sayda rusiyalı Azərbaycanın gözəllikləri və paytaxt Bakı haqqında eşidiblər, amma əminəm ki, cəmi bir dəfə səfər etməklə onlar bu şəhərə və ölkəyə aşiq olacaqlar", - rusiyalı deputat bildirib.(report.az)

© AzNews.az