Erməni sərnişin bir çox insanlara hücum edib Erməni sərnişin bir çox insanlara hücum edib

Təyyarənin öldürdüyü erməni göyərtədə 74 yaşlı aktyoru döyüb - Şahidlər danışır

Erməni sərnişin bir çox insanlara hücum edib

Xəbər verildiyi kimi dünən gecə Moskvanın Şeremetyevo aeroportunda Yerevana uçmaq istəyən Ermənistanın 25 yaşlı vətəndaşı Albert Yepremyan Moskvadan Afinaya uçmağa hazırlaşan sərnişin təyyarəsi tərəfindən öldürülüb. O, elə həmin gün bir neçə saat öncə İspaniyadan deportasiya edilərək Madriddən Moskvaya gəlibmiş. Həmin təyyarənin göyərtəsində Albert sərnişinlərlə dava salıb. Bu haqda şahidlər Moskva 24 telekanalına danışıblar.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, sərnişinlərdən biri deyir ki, o, heç bir səbəb olmadan 74 yaşlı rusiyalı aktyor Sergey Radçenko ilə dalaşıb.

Aktyor həmin anları belə xatırlayıb: "Hiss etdim ki, kimsə sifətimə yumruq vurdu. Soruşdum, nəyə görə vurursan? Cavab verdi ki, çatanda bilərsən".

Sergeyin sözlərinə görə erməni sərnişin bir çox insanlara hücum edib. Öncə o, təyyarənin quyruq hissəsində kiməsə yumruq atıb. Sonra nə styuardessalar, nə də sərnişinlər onu sakitləşdirə bilib.

Moskvadan Afinaya uçan təyyarənin komandiri deyib ki, uçuş vaxtı hava gəmisi nəyəsə dəydi. Sonra aviasiya təhlükəsizliyi xidmətindən bildirdilər ki, zolaqda kişi meyiti var. O şəxs İspaniyadan deportasiya edilən Ermənistan vətəndaşı imiş. Moskvadan da təyyarə ilə Yerevana uçacaqmış.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirir ki, ölən kişi avtobusdan endikdən sonra eniş-uçuş zolağına doğru gedib. Nəticədə də təyyarə onu vurub.

Ermənistanın Rusiyadakı səfirliyindən həmin şəxsin 25 yaşlı Albert Yepremyan olduğu öz təsdiqini tapıb.

Babək Göyüş

© AzNews.az