“Putinin təkərli sığınacağı” adlandırılan maşın daha çox ərəblərin marağında olub. “Putinin təkərli sığınacağı” adlandırılan maşın daha çox ərəblərin marağında olub.

Putin avtomobili ilə G20-yə damğa vurdu - Ərəblər də istəyir - FOTOLAR

“Putinin təkərli sığınacağı” adlandırılan maşın daha çox ərəblərin marağında olub.

Rusiya prezidenti Vladimir Putin G20 sammitinə avtomobili ilə damğa vurub.

Rusiya istehsalı olan və nüvə silahına, bombaya qarşı dayanıqlılığı ilə tanınan “Aurus” limuzini təkcə dünya mediasının deyil, sammit qonaqlarının da diqqətini çəkib. “Putinin təkərli sığınacağı” adlandırılan maşın daha çox ərəblərin marağında olub.

Rusiya lideri açıqlamasında “Doğrudan, çox gözəl avtomobildir. Onu təkcə mən bəyənmirəm. Bəzi ərəb dostlarım da bəyənir və özləri üçün bu maşından almaq istəyirlər” deyib.

Qeyd edək ki, Putin ilk dəfə “Aurus”la Finlandiya səfəri zamanı görüntülənib. “NAMİ” avtomobil nəhəngi tərəfindən istehsal olunan nəqliyyat vasitəsi gələn ilin martında Cenevrədə təşkil ediləcək avtomobil sərgisində nümayiş olunacaq. (qafqazinfo)

AzNews.az

image description image description image description image description