Mariya Zaxarova həftəlik mətbuat konfransı keçirib Mariya Zaxarova həftəlik mətbuat konfransı keçirib

“ABŞ-ın bu hərəkətinə laqeyd qalmayacağıq”

Mariya Zaxarova həftəlik mətbuat konfransı keçirib

ABŞ-ın Kiprdə yeni hərbi bazalar qurması barədə məlumatlıyıq.

AzNews.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında səsləndirib.

O, ABŞ-ın Kipr ilə hərbi baza qurma bazarlıqlarına başladığını söyləyib.

Mariya Zaxarova konfransda Rusiya və dünya gündəmi ilə bağlı 19 əsas məsələ barədə açıqlamalar verib.

Zaxarovanın açıqlamalarında ən diqqət çəkən mövzu ABŞ-ın Kiprdə hərbi baza qurması barədə iddiası olub.

Sözçü deyib: “Amerikalı səlahiyyətlilərin Kiprdə yeni hərbi bazalar qurmaq üçün bu ölkənin rəhbərliyi ilə danışıqlar apardığını bilirik. Rusiya Kiprdə rəsmi Vaşinqtonun hərbi gücünün artırılmasına laqeyd qalmayacaq”.

Elgün
AzNews.az