Ermənistan baş nazirinin vəzifələrini icra edən Paşinyan isə mühafizəçilərin cərgəsində yer tapıb. Ermənistan baş nazirinin vəzifələrini icra edən Paşinyan isə mühafizəçilərin cərgəsində yer tapıb.

İlham Əliyev Putinlə yanaşı əyləşdi - Paşinyan isə ...

Ermənistan baş nazirinin vəzifələrini icra edən Paşinyan isə mühafizəçilərin cərgəsində yer tapıb.

Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarını Mariinsk Dövlət Akademik Teatrında göstərilən "Şelkunçik" rus baletinin tamaşasına dəvət edib. Dəvətlilər arasında Azərbaycan prezidenti İlham Əliyev də olub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, Putin prezidentlərin oturduğu sıranın ortasında əyləşib. Onun sağında Azərbaycan prezidenti İlham Əliyev, solunda isə Aleksandr Lukaşenko oturub.

Moldova prezidenti İqor Dodon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevin sağında yer alıblar.

Lukaşenkonun solunda isə Qırğızıstan prezidenti Sooronbay Jeenbəyovun oturduğu görsənir.

Xatırladaq ki, Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan prezidentlərin oturduğu sırada deyil, mühafizəçilərlə bir yerdə əyləşib.

Babək Göyüş

© AzNews.az