Prezident İlham Əliyev, sözün əsil mənasında atasının xəttini davam etdirir. Prezident İlham Əliyev, sözün əsil mənasında atasının xəttini davam etdirir.

Azərbaycan beynəlxalq arenada özünü inamlı aparır - Dmitri Kiselyov

Prezident İlham Əliyev, sözün əsil mənasında atasının xəttini davam etdirir.

Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda deyil, digər regionlarda da sülhün əsas faktorudur.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri “Vestnika Qafqaza” nəşrinin müxbirinə “Rusiya bu gün” Beynəlxalq informasiya agentliyinin baş direktoru, Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətinin baş direktor müavini, populyar teleaparıcı Dmitri Kiselyov deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya və İran arasında özünəməxsus vasitəçi rolunda çıxış edir.

“Rusiya ilə Azərbaycan arasındakı müasir qarşılıqlı və konstruktiv strateji əlaqələrin yaranmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Mənə elə gəlir ki, o, bu əlaqələrin sağlam təməlini qoyub. Heydər Əliyevin ideyaları əsasında Rusiya-Azərbaycan-İran üçtərəfli əlaqələri quruldu və çox balanslı şəkildə inkişaf etməyə başladı. Nəticədə isə Rusiya-Azərbaycan münasibətləri sayəsində Xəzər dənizindəki anlaşılmazlıqlara son qoyuldu.

Prezident İlham Əliyev, sözün əsil mənasında atasının xəttini davam etdirir. Azərbaycan hazırda artan templə inkişaf edir, beynəlxalq arenada özünü inamlı aparır, ölkə cəmiyyətində isə stabillikdir və hər şey balanslaşdırılıb. Mən hesab edirəm ki, bu, hazırkı siyasi ənənənin böyük xidmətidir”.

Düşünürəm ki, Qafqaz öz taleyini özü həll etməlidir. Qoy Azərbaycan Azərbaycanın, Ermənistan Ermənistanın, Gürcüstan isə Gürcüstanın olsun”. Kiselyov belə deyib.

Babək Göyüş

© AzNews.az