Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədovun evi yarılıb. Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədovun evi yarılıb.

Baş məşqçinin evini yardılar

Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədovun evi yarılıb.

Naməlum şəxslər Moskva yaxınlığındakı malikanədən qadın saatları və zinət əşyaları oğurlayıb.

“İkinci mərtəbədən evə giriblər. Normal adam deyillər. Onları qorxutduq. Ona görə də qadın saatları və zinət əşyalarını götürərək aradan çıxdılar”-deyə İlqar Məmmədov açıqlama verib.

Yerli qəsəbə nümayəndəliyi isə oğruların həmin gecə daha 5 evə daxil olmağa cəhd göstərdiklərini əlavə edib.

İlqar Yaşar oğlu Məmmədov 1965-ci il noyabrın 15-də Bakıda anadan olub. SSRİ və Rusiya qılıncoynadanıdır, hazırda Qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisidir. O iki dəfə (1988, 1996) Olimpiya çempionudur, SRRİ-nin əməkdar idman ustasıdır, 1989-cu ildə dünya çempionu titulunu da qazanıb. 1995-ci il dünya çempionatının gümüş mükafatçısıdır. 1995, 1996, 1998 və 2000-ci illərdə - dörd dəfə Avropa Kubokunun qalibi olub. SSRİ və Rusiyanın çoxsaylı mükafatlarını alıb, SSRİ və Rusiya Kubokunu da qazanıb.(modern.az)

© AzNews.az