Yerli vaxtla saat 18.30-da naməlum şəxs polis patrul maşınına qumbara atıb. Yerli vaxtla saat 18.30-da naməlum şəxs polis patrul maşınına qumbara atıb.

Nazranda patrul maşını partladıldı, iki polis öldü

Yerli vaxtla saat 18.30-da naməlum şəxs polis patrul maşınına qumbara atıb.

Rusiyanın İnquş Respublikasının Nazran şəhərində polis patrul maşınının partladılması nəticəsində iki polis əməkdaşı ölüb.

Ağır yaralanan polislərdən biri xəstəxanaya aparılarkən yolda, digəri isə xəstəxanada ölüb.

Bildirilir ki, yerli vaxtla saat 18.30-da naməlum şəxs polis patrul maşınına qumbara atıb. Həmin şəxs hadisə yerindən qaçıb.

İlkin məlumata görə, polis əməkdaşları özlərini şübhəli aparan iki nəfərin sənədlərini yoxlamaq istəyiblər. Lakin onlar qaçıb gizlənə biliblər. (oxu.az)

AzNews.az