Yüz milyonlarla dollar dəyəri olan kompleksdə pomidor yetişdiriləcək. Yüz milyonlarla dollar dəyəri olan kompleksdə pomidor yetişdiriləcək.

Azərbaycanlı investorlar Dağıstana on milyonlarla vəsait yatırırlar

Yüz milyonlarla dollar dəyəri olan kompleksdə pomidor yetişdiriləcək.

Dağıstanın Dərbənd rayonunun Salik kəndində tezliklə 20 min hektar ərazidə müasir istixana kompleksi işə başlayacaq. Yüz milyonlarla dollar dəyəri olan bu kompleksdə pomidor yetişdiriləcək.

İrimiqyaslı investisiya layihəsinin təşəbbüskarı “Xəzər-18” MMC-nin timsalında Azərbaycan tərəfidir.

Layihənin icra vəziyyəti barədə bu günlərdə Dağıstan Respublikasının baş nazirinin müavini, kənd təsərrüfatı və ərzaq naziri Əbdülmüslüm Əbdülmüslümovun rəhbərliyi altında regional hökumətin iclasında danışılıb.

İclasda investorun maraqlarını təmsil edən, Azərbaycana məxsus “Bank BTB”nin Müşahidə Şurasının sədri Sadiq Rza İsmayıl oğlu layihənin birinci mərhələsi çərçivəsində görülmüş işlər barədə məlumat verib.

Onun sözlərinə görə, torpaq işləri başa çatdırılıb, kommunikasiya xətləri çəkilib, tikinti üçün ayrılmış ərazi təmizlənib, texniki və inzibati binalar tikilib. Obyektlərin tikintisində Avropada və Rusiyada istehal edilmiş texnologiya və avadanlıqlardan istifadə edilir.

O, həmçinin bildirib ki, layihənin ümumi dəyəri 1,3 milyard rubldur, bu vəsaitin yarısı birbaşa xarici investisiyalar hesabına təmin ediləcək. İnvestorlar işləri gələn ilin fevraına kimi başa çatdırmağı və artıq 2019-cu ilin may ayında ilk məhsulu götürməyi planlaşdırırlar.

Burada hər il 3500 ton tərəvəzin yığılacağı, aylıq əməkhaqqı 30 min rubl olan 250 nəfərin işlə təmin olunacağı bəzərdə tutulur.(virtualaz.org)

AzNews.az