“Rusiya Ukrayna ilə müharibə aparmayacaq, sizə söz verirəm”. “Rusiya Ukrayna ilə müharibə aparmayacaq, sizə söz verirəm”.

“Ukrayna ilə müharibə olmayacaq” - Lavrov

“Rusiya Ukrayna ilə müharibə aparmayacaq, sizə söz verirəm”.

Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov “Komsomolskaya pravda” radiosuna müsahibəsində deyib:

“Biz Ukraynadakı rejimlə müharibə aparmırıq. O rejim ki, nasist və neonasistliyin bütün əlamətlərini özündə daşıyır, Donbassda yaşayan Ukraynanın rusdilli vətəndaşları ilə vuruşur”.

Nazir qeyd edib ki, qondarma Donbass respublikasının müstəqilliyinin tanınması əsəb pozuntusu və zəifliyin təzahürü olacaq: “Əgər biz Ukraynanı neytral ölkə kimi saxlamaq istəyiriksə, bu ölkədəki hər kəsin rahat vəziyyətdə yaşamasını təmin etməliyik”.

Lavrov, həmçinin bildirib ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə sərhəddə təxribat hazırlayır. Nazirin sözlərinə görə, söhbət dekabrın sonlarına planlaşdırılan silahlı təxribatdan gedir: “O,cavabını alacaq”.(qafqazinfo.az)

© AzNews.az