Dmitri Peskov "AiF" nəşrinə müsahibə verib. Dmitri Peskov "AiF" nəşrinə müsahibə verib.

Putin hərdən elə söz deyir ki, adamın damarlarında qanı donur - Peskov

Dmitri Peskov "AiF" nəşrinə müsahibə verib.

Rusiya prezidenti Vladimir Putin bəzən kiməsə və ya nəyəsə qarşı münasibətini bildirəndə adamın damarlarında qanı donur.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "AiF" nəşrinə müsahibəsi zamanı deyib.

Rusiya prezidentinin mədəniyyət üzrə Şurasının iclasında "İctimai yerlərdə söyüş söyülə bilərmi?" sualı ətrafında diskussiya aparılıb.

Putin zarafatla bildirib ki, iclaslarda belə ifadələrdən istifadə etmək lazımdır.

"AiF" qəzetinin müxbiri bu olayla bağlı Peskovdan müsahibə alıb və ölkə başçısının söyüş söyüb-söymədiyi haqda soruşub.

"Mən bu sualı cavabsız qoyardım. Ancaq onu deyə bilərəm ki, istənilən normal kişi insanlara və ya hansısa hadisəyə qarşı öz neqativ münasibətini bildirir. Putin o vaxt elə söz deyir ki, adamın damarlarında qanı donur". Peskov belə deyib.

Babək Göyüş

AzNews.az