Məhkəməni izləmək üçün ukraynalı əsgərlərin yaxınları da salonda olublar. Məhkəməni izləmək üçün ukraynalı əsgərlərin yaxınları da salonda olublar.

Rusiya 20 ukraynalı əsgərin həbs müddətini uzatdı

Məhkəməni izləmək üçün ukraynalı əsgərlərin yaxınları da salonda olublar.

Qara dənizdə Kerç boğazı yaxınlığında Rusiyanın girov götürdüyü Ukrayna döyüş gəmilərinin işçi qüvvəsi olan 20 əsgərin həbs müddətini 24 aprelə qədər uzadıb.

AzNews.az xəbər verir ki, Moskvada səhər saatlarında Lefortovskdə başlayan məhkəmədə əsgərlər 3 ayrı salonda dördlü qruplar şəklində mühakimə olunublar.

İctimaiyyətə qapalı olan məhkəmədə media üzvləri qərar verilərkən içəri dəvət olunublar.

Məhkəməni izləmək üçün ukraynalı əsgərlərin yaxınları da salonda olublar. Axşam gec saatlara qədər davam edən məhkəmədə 20 əsgərin həbs müddəti 24 aprelə qədər uzadılıb. Qalan 4 əsgərin isə bu gün mühakimə olunmağına qərar verilib.

Qeyd edək ki, Krımdakı rus məhkəməsi həmin əsgərlərin 2 ay müddətinə həbs olunmasına qərar vermişdi.

Pərvanə Ağazadə

AzNews.az