Peskov Putinin iş rejimindən danışıb. Peskov Putinin iş rejimindən danışıb.

Putin sutkada 11 saat işləyir

Peskov Putinin iş rejimindən danışıb.

“Rusiya prezidenti çox işgüzar adamdı. O, 10-11 saat işləyə bilər.”

AzNews.az xəbər verir ki, bu sözləri Vladimir Putinin sözçüsü Dmitri Peskov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Putinin zaman anlayışında istirahət günü yoxdur.

“Ölkəni idarə etmək söndürülməsi mümkün olmayan domen sobasının iş prosesinə bənzəyir. Bu daim davam edir, sutkanın bütün vaxtında. Axşam saat 10-11-də Kremldə işlər daha da çoxalır.” – Peskov belə qeyd edib.

Fəridə Abdulla

AzNews.az