"Eşitmədi ki, biz nədən danışırıq”. "Eşitmədi ki, biz nədən danışırıq”.

Putin ona qulaq asmayan Tatarıstan liderini danladı - VİDEO

"Eşitmədi ki, biz nədən danışırıq”.

Rusiya prezidenti Vladimir Putin Dövlət Şurası Rəyasət Heyətinin iclasında Tatarıstan rəhbəri Rüstəm Minnixanovu iki dəfə tənbeh edib.

Putin Minnixanovdan bir məsələ barədə məruzə etməsini istəyərkən tatar lider duruxub. Bunu görən prezident deyib:

“Rüstəm yəqin ki, nədən danışdığımızı bilir. Elədir, Rüstəm Nurqaliyeviç? Fikrin yayınmasın. Bizi eşitmir... Yaxşı, respublika rəhbərini pis vəziyyətdə qoymayaq. Eşitmədi ki, biz nədən danışırıq”.

Bir qədər sonra Dövlət Şurasının işçi qrupunun rəhbəri kimi Minnixanova söz verilib. Ancaq tatar lider bu dəfə küncdəki mikrofona tərəf gedib. Putin bu dəfə zarafatla iradını bildirib: “Götürdü və harasa getdi. Hara getdin?”. (qafqazinfo)

AzNews.az