Rusiyada qızıl istehsalı artıb

Ötən il ölkədə gümüş istehsalı da 7 faiz artaraq təqribən 1120 tona çatdırılıb.

Rusiyada 2018-ci ildə 314,42 ton, yəni əvvəlki ilə nisbətən 2 faiz artıq qızıl istehsal olunub.

Bu barədə Rusiya Maliyyə Nazirliyi qızıl təmizləmə müəssisələrinə daşınan xammal miqdarı barədə məlumatlar əsasında bildirib.

Ötən il Rusiya mədənlərində qızıl hasilatı 4 faiz artaraq 264,41 ton təşkil etdiyi halda səmt qızılın və qızıl hurdasının istehsalı 6 faiz azalaraq müvafiq olaraq 15,44 tona və 34,57 tonadək geriləyib.

Həmçinin ötən il ölkədə gümüş istehsalı da 7 faiz artaraq təqribən 1120 tona çatdırılıb. (report)

AzNews.az