Rusiyalı lider Soçidə tatamiyə çıxıb. Rusiyalı lider Soçidə tatamiyə çıxıb.

Putin barmağını zədələdi - Kremldən açıqlama

Rusiyalı lider Soçidə tatamiyə çıxıb.

Rusiya prezidenti Vladimir Putin məşq zamanı barmağını zədələyib.

AzNews.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bildirib.

Peskov zədənin ciddi olmadığını, prezidentin özünü çox yaxşı hiss etdiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşə hazırlaşır, görüşdən sonra isə hokkey oynamağı planlaşdırır.

Qeyd edək ki, hadisə Soçidə cüdo millisi üzvlərinin məşqi zamanı baş verib.

Bildirilir ki, tatamiyə çıxan Putin əksər idmançılarla məşq edib.

Lakin çempion Beslan Mudarovla sparrinq zamanı Rusiya prezidenti barmağını zədələyib.

Onu da əlavə edək ki, rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.

Aynur

AzNews.az