"İşçi qrupun növbəti iclası bu ilin yazında keçiriləcək". "İşçi qrupun növbəti iclası bu ilin yazında keçiriləcək".

Moskva və Bakı sərhədlərin demarkasiyasını müzakirə edəcək

"İşçi qrupun növbəti iclası bu ilin yazında keçiriləcək".

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası bu ilin yazında keçiriləcək.

TASS agentliyinin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

“İşçi qrupun növbəti iclası bu ilin yazında keçiriləcək. Demarkasiya prosesi planlaşdırılacaq. Hesab edirəm ki, sərhədin tezliklə demarkasiyası mümkün olacaq”, - o deyib.

Bratçikovun sözlərinə görə, Rusiya tərəfi iclasın Bakıda keçirilməsi üçün azərbaycanlı həmkarlarından dəvət alıb.

Rusiya və Azərbaycan arasında sərhədlər 2010-cu il oktyabrın 3-də Bakıda imzalanmış sazişlə müəyyən edilib.

Razılaşma 2011-ci il iyulun 18-də ratifikasiya sənədlərinin mübadiləsi günündə qüvvəyə minib.(oxu.az)

AzNews.az