Qərar Rusiya prezidentinin təsdiqləməsindən sonra qüvvəyə minəcək. Qərar Rusiya prezidentinin təsdiqləməsindən sonra qüvvəyə minəcək.

Rus əsgərlərə telefondan istifadə qadağan edildi

Qərar Rusiya prezidentinin təsdiqləməsindən sonra qüvvəyə minəcək.

Rusiya Dumasında hərbiçilərin xidmət başında mobil telefonlardan istifadəsinin qadağan edilməsi ilə bağlı səsvermə keçirilib.

“Euronews” xəbər verir ki, təklif 450 üzvdən 400-nün lehinə səs verməsi ilə qəbul edilib.

Qərara əsasən hərbiçilər foto və video çəkən, internetə çıxışı olan smartfonları iş vaxtlarında üzərlərində daşıya bilməyəcəklər. Sadəcə zəng və mesaj funskiyası olan sadə telefonlara isə qadağa qoyulmayıb.

Duma üzvləri bu addımın milli təhlükəsizliyi qorumaq, hərbiçilərin gizli məlumatlarının ifşa edilməsinə mane olmaq məqsədilə atıldığını bidiriblər.

Qərar Rusiya prezidenti Vladimir Putinin təsdiqləməsindən sonra qüvvəyə minəcək.(qafqazinfo.az)

AzNews.az