• Rusiya
  • 5 Aprel 2019 13:56
  •  995

SOCAR Rusiyada neft emalı zavodunu satın alır

Antipinsk neft emalı zavodu ildə 9 milyon ton neft emal etmək gücündədir.

Azərbaycanın SOCAR şirkəti Rusiyada Antiopiysk neft ayırma zavodunu və New Stream şirkətinə məxsus neft yataqlarını satın almaq istəyir.

Rusiyanın “Kommersant” qəzeti xəbər verir ki, biznesmen Dmitri Mazurova məxsus Antipinsk neft emalı zavodu ilə yanaşı, New Steram şirkətinə Orenburq vilayətində yerləşən Moqutovskoe, Qremyaçevskoe və Vorontsovskoe neft yataqlarının da sahibi olacaq.

Məlumatda SOCAR-ın borc içində olan zavod üçün onun səhmdarlarına simvolik məbləğ ödəcəyi və buna görə Antipinsk zavodunun 3 milyard dollar borcunu da öz üzərinə götürəcəyi məlumdur.

Xatırladaq ki, Antipinsk neft emalı zavodu ildə 9 milyon ton neft emal etmək gücündədir. Zavod Avro-5 standartlarına uyğun benzin və dizel yanacağı istehsal edə bilir. Neft yataqlarındakı ehtiyat isə 45,5 milyon ton səviyyəsində qiymətləndirilir. “Qara qızıl” hasilatının 2024-cü ildən başlanması planlaşdırılır.(modern.az)

AzNews.az