Bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq Bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq

Bağçalarda uşaqlara maliyyə dərsləri keçiriləcək

Bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq

Rusiya Təhsil Nazirliyi Mərkəzi Bankla birgə ölkənin uşaq bağçalarında azyaşlılara maliyyə savadlılığının tədris olunması barədə layihə hazırlayıb.

Layihə ilə bağlı tövsiyələr Rusiyanın bütün regionlarına göndərilib.

Qeyd olunur ki, bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq.

Dərslərin səhnəciklər, nağıllar, tematik oyunlar şəklində keçirilməsi planlaşdırılır. Bu cür dərslərin uşaqlarda məsuliyyət, özünəinam kimi hisslərin artmasına səbəb olacağı deyilir.(trend.az)

AzNews.az