Pilot saxlanılıb və şəxsiyyəti araşdırılır Pilot saxlanılıb və şəxsiyyəti araşdırılır

Rusiyada tanınma nişanı məlum olmayan təyyarə endirildi

Pilot saxlanılıb və şəxsiyyəti araşdırılır

Rusiyanın Pskov vilayətində tanınma nişanı məlum olmayan təyyarə yerli aerodroma endirilib.

TASS xəbər verir ki, bu barədə regionun təcili xidmətindən bildirilib.

Bildirilib ki, yüngül mühərrikli təyyarənin pilot dispetçeri sorğulara cavab vermədiyindən onu Pskov rayon aerodromuna enməyə məcbur ediblər.

Pilot saxlanılıb və şəxsiyyəti araşdırılır. Onun Baltikyanı ölkələrin ərazisindən Rusiyanın hava məkanına daxil olduğu ehtimal edilir.(report.az)

AzNews.az