"Bu, Rusiyanın qərarını dəyişmir" "Bu, Rusiyanın qərarını dəyişmir"

Zelenski böyük səhv etdi - Rusiya XİN

"Bu, Rusiyanın qərarını dəyişmir"

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin bəyanatına cavab gəlib.

XİN nümayəndəsi Mariya Zaxarova ukraynalı liderin böyük səhv etdiyini deyib.

Qeyd edək ki, ötən gün keçirilən andiçmə mərasimində V.Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Zelenskinin Vaşinqtona etdiyi müraciət Rusiyanın ukraynalı dənizçilərin sərbəst buraxılması üzrə danışıqlar prosesinə razılaşmaması ilə əlaqədardır.

M.Zaxarovanın sözlərinə görə, Ukrayna tərəfinin saxlanılan dənizçilərlə bağlı istənilən müraciəti nəticə verməyəcək və bu, Rusiyanın qərarını dəyişmir.(trend.az)

AzNews.az