"Bütün bunlar konkret addımlarla dəstəklənməlidir" "Bütün bunlar konkret addımlarla dəstəklənməlidir"

"Rusiya ABŞ-la münasibətlərini həmişə yaxşılaşdırmaq istəyib" - Putinin köməkçisi

"Bütün bunlar konkret addımlarla dəstəklənməlidir"

“Rusiya son zamanlar ABŞ-dan dialoqun yaxşılaşdırılmasına hazır olduğu barədə bəzi siqnallar alıb, lakin bütün bunlar konkret addımlarla dəstəklənməlidir”.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Primakov Reading” forumunda çıxışı zamanı deyib.

O, istənilən tviti, konstruktiv addımı dəstəkləməyə hazır olduqlarını bildirib.

Uşakov qeyd edib ki, Moskva Birləşmiş Ştatların seçki qabağı mərhələyə yaxınlaşdığını başa düşür:

“Kapitoli təpəsində anti-Rusiya əhval-ruhiyyəsi arasında real siyasi sferanın zəif pozitiv siqnallarına çatmaq çətin olacaq. Rusiya həmişə münasibətləri yaxşılaşdırmaq istəyib. Moskva bu münasibətlərin dünyada təhlükəsizliyin və sabitliyin təmin edilməsində nə qədər əhəmiyyətli olduğunu anlayır”.

Pərvanə Ağazadə

AzNews.az