Faciə Rusiyanın Voronej vilayətində olub. Faciə Rusiyanın Voronej vilayətində olub.

Dəhşətli qəza - 8 nəfər həlak oldu

Faciə Rusiyanın Voronej vilayətində olub.

Rusiyanın Voronej vilayətində avtomobil qəzası nəticəsində 8 nəfər həlak olub.

Hadisə Voronej vilayətinin Xoxolsk rayonunda “Ford Fokus” avtomobili ilə “Volksvagen Transporter” mikroavtobusunun toqquşması nəticəsində baş verib.

İlkin ehtimala görə, “Ford Fokus” idarəetməni itirərək qarşı yola çıxıb və mikroavtobusla toqquşub.

Voronej vilayətində 8 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüləri görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik.(axar.az)

AzNews.az