Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar

Filipp Kirkorov və uşaqlarının olduğu təyyarədə həyəcan yaşandı

Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar

Rusiyanın pop kralı, müğənni Filipp Kirkorovun uşaqları ilə birgə uçduğu təyyarə Moskvanın “Domodedovo” hava limanına qəza enişi edib. S7 şirkətinin Varna şəhərindən Moskvaya uçan sənətçi tərəfindən bu uçus heç zaman unudulmayacaq.

Enməyə hazırlaşan təyyarənin təkərləri eniş zolağına bərk dəyib, o yenidən havaya qalxaraq ikinci dəfə dövrə vurub.

Təyyarənin sərnişinləri qorxduqları üçün qışqırmağa başlayıblar. İkinci cəhddə, ekipaj üzvləri peşəkarlıq nümaiş etdirərək, müvəffəqiyyətlə təyyarəni yerə endirə biliblər.

Kirkorovun yaxınlığında əyləşən sərnişinlərdən biri hadisənin detallarını bu cür şərh edib :

“Təyyarə yerə güclü zərbə ilə endi. İnsanlar qışqırmağa, ağlamağa, dua etməyə başladılar. Hamımız çox böyük sarsıntı keçirtdik. Bizə hadisə ilə bağlı heç bir şey izah etmədilər. Hər şeyin qaydasında olduğunu elan etdilər. Filipp özü də şokda idi və əvvəllər belə bir şeyin onun başına gəlmədiyini söylədi. Xoşbəxtlikdən müğənninin uşaqları baş verən olaydan bixəbər olduqları üçün qorxmamışdırlar”. (Oxu.az)