"Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq" "Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq"

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırdı

"Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq"

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.

O bu barədə öz bəyanatında bildirib:

"Salam əziz həmvətənlərim! Mən 12 gündən etibarən davam etdiyim aclıq aksiyasına son verməyi qərara aldım. Bunun başlıca səbəbi ürək qan-damar sistemində meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcili yardım xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını saxlayım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan, mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağımın və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəyəm. Sağ olun, salamat qalın".(report.az)

AzNews.az