Ölkə mediası şokdadır: “Azərbaycanlı gənc onun arxasınca maşınla qovurdu ki...” Ölkə mediası şokdadır: “Azərbaycanlı gənc onun arxasınca maşınla qovurdu ki...”

Rusiyada yaşayan azərbaycanlı yerdən tapdığı 1 milyon rublu sahibinə qaytardı - FOTO

Ölkə mediası şokdadır: “Azərbaycanlı gənc onun arxasınca maşınla qovurdu ki...”

Rusiyanın İrkutsk vilayətində yaşayan 28 yaşlı meyvə satıcısı, azərbaycanlı Şamxal Gözəlov öz hərəkəti ilə ölkə mediasında və sosial şəbəkədə müzakirə mövzusu olub. Musavat.com Rusiyanın kp.ru saytına istinadən xəbər verir ki, 28 yaşlı Şamxal bir gün dostu ilə birlikdə banka doğru gedirmiş. Banka çatanda görüb ki, bir nəfər əlində çanta və böyük olmayan bir paketlə ordan çıxır. Həmin şəxs maşına minəndə təsadüfən paketi əlindən yerə salır, bunu fərq etmədən yola davam edir.

Фото: предоставÐ

Bunu görən azərbaycanlı gənc təxmin edir ki, yerə düşən paketin içində pul var. O, dərhal paketi yerdən götürür və içində 1000 və 5000 rublluq kupyuralar olan paçkalar görür. Gənc daha sonra hadisəni kp.ru əməkdaşına belə nəql edib: “Biz dərhal maşından düşdük, o paketi açıb, içinə baxdıq. Dostum o qədər təəccübləndi ki, dərhal o paketin şəklini də telefonuna çəkdi. Biz heç vaxt bu qədər məbləğdə pul paçkalarını əlimizdə tutmamışdıq”.

Внутри оказаÐ

Rusiya mediası yazır ki, yəqin Şamxalın yerində olan bir başqası bu “sehrli paket”i götürüb ordan dərhal uzaqlaşardı. Əslində Şamxal da ordan dərhal uzaqlaşıb. Amma o pulları xərcləmək üçün əyləncə məkanlarına yox, pulun sahibini tapıb, itirdiklərini ona təhvil verməyə tələsirdi. Sonuncu isə heç nədən şübhələnmədən sakit şəkildə qonşu küçəyə keçib, yoluna davam edirdi: “Onun maşınının markasını xatırlamaq çətin deyildi. Ona görə də onu çox tez yaxaladım. Arxadan maşının işıqlarını yandırıb-söndürərək ona dayanmasını işarə verirdim. Hətta ötmə əməliyyatı edib, maşınını bu formada saxlamaq istədim. Amma o, dayanmaq əvəzinə qaza basır, daha sürətlə gedirdi. Yəqin ki, o, bizim onu qarət edəcəyimizdən qorxurdu. Axı öz aləmində böyük miqdarda pulu vardı maşında. Axırda maşını paralel sürərək, pəncərəni açıb qışqırmağa başladım: “Dostum, pulunu yerə düşürmüsən”. Bu zaman onun üzü dəyişdi, dərhal maşını sağa çəkib saxladı”.

Хозяин денег и не заметиÐ

Şokdan ayılan pul sahibi uzun müddət Şamxalın gertməsinə icazə verməyib. Sonda isə paketdən içi 5000 rubllarla dolu dəstliyi azərbaycanlı gəncə təşəkkür əlaməti olaraq uzadıb və “dostum, mərdliyin və dürüstlüyün üçün çox sağ ol” deyib: “Mən təbii ki, dərhal buna etiraz etdim. Bu zaman o, məni az qala zor gücünə öz maşınına otuzdurdu və bir mağazaya aparıb dəyəri 15 min rubl olan bir konyak aldı. Bundan artıq onunla bağlı heç nə bilmirəm. Bir-birimizə telefon nömrələrimizi vermədik. Bəli, onun maşını çox gözəl idi, amma markasını açıqlamayacam. Yəqin ki, biznesmen idi”.

Скриншот того самого поста в соцсетях. Фото: группа "Инцидент Иркутск"

Şamxal etiraf edir ki, bu hadisə barədə kiminsə xəbər tutmasını əsla istəməzdi. Onun sözlərinə görə, təvazökar həyat tərzi keçirir və halal yolla pul qazanmağa öyrəşib. Azərbaycandan gəlib, hazırda da bazarda meyvə piştaxtası var. Boş vaxtlarında isə taksi sürücüsü kimi çalışır. Bu hadisə barədə Şamxalın dostu sayəsində xəbər yayılıb.

O, dostunun xəbəri olmadan bu olay barədə sosial şəbəkədə status yazaraq, Şamxalı tərifləyib: “Hələ uşaq olanda valideynlərimiz bizi öyrətmişdilər ki, başqasının heç nəyinə əl vurmayaq. Mən çox gözəl başa düşürəm ki, hər şey bumeranq olaraq geri qayıdır. Pula ehtiyacım yoxdu. Pulla xoşbəxt olmayacağımı da dəqiq bilirəm”.

Kp.ru yazır ki, azərbaycanlı gəncin tapdığı pulun miqdarı 1 milyon rus rublu (15.865 dollar, 27.050 AZN) olub. (Musavat.com)