"Sivil dialoqu təmin edəcək atmosferi formalaşdırmaq lazımdır" "Sivil dialoqu təmin edəcək atmosferi formalaşdırmaq lazımdır"

"Qazprom" və "Naftoqaz" arasında bütün məhkəmə mübahisələrinin ədalətli həllinə hazırıq - Putinin köməkçisi

"Sivil dialoqu təmin edəcək atmosferi formalaşdırmaq lazımdır"

"Rusiyanın təbii qazının Ukrayna ərazisindən tranzitinə gəlincə, biz onu iqtisadi cəhətdən sərfəli şərtlərlə dəstəkləməyə, "Qazprom" və "Naftoqaz" arasında bütün məhkəmə mübahisələrinin ədalətli həllinə hazırıq”.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib.

O vurğulayıb ki, tikilməkdə olan "Şimal Axını 2" ("North Stream 2") qaz kəməri layihəsinin konsepsiyası Ukrayna və digər ölkələr vasitəsilə marşrutlarla təbii qaz tranzitinin dayandırılmasını nəzərdə tutmur.

Image result for

"Rusiya dəfələrlə 2019-cu ildən sonra qarşılıqlı məqbul şərtlərlə Ukrayna qazpaylayıcı sistemi üzrə qaz tranzitini dəstəkləməyə hazır olduğunu bəyan edib. Buna nail olmaq üçün cəlb olunmuş şirkətlər arasında münasibətləri yaxşılaşdırmaq, iqtisadi şərtləri razılaşdırıb sivil dialoqu təmin edəcək atmosferi formalaşdırmaq lazımdır”, - deyə Prixodko bildirib.

Jurnalistlərin "Şimal Axını 2" layihəsinin Rusiyanın Baş naziri Dmitri Medvedevin fransalı həmkarı Eduard Filipplə Le Havre-dəki danışıqlarının gündəliyinə salınacağı barədə sualını cavablandıran Prixodko bildirib ki, Rusiya istənilən məsələni, o cümlədən Avropaya təbii qazın nəqli məsələsini müzakirə etməyə hazırdır.

Pərvanə Ağazadə

AzNews.az

image description