"Onlar mənə sekslə məşğul olmaq təklifini edirdilər" "Onlar mənə sekslə məşğul olmaq təklifini edirdilər"

"Bizi zorla avtomobilə itələdilər və boş sahəyə apardılar" - Rus qızları zorlandıqları haqda yazır

"Onlar mənə sekslə məşğul olmaq təklifini edirdilər"

Ötən ilin yayında Moskva yaxınlığındakı Ximok yaşayış məskənində yaşayan 18 yaşlı Darya Aqeniy Tuapsedə dincəlib. Axşam o, küçələrin biri ilə gedərkən sərxoş bir adam tərəfindən hücuma məruz qalıb. Qız iddia edir ki, həmin adam onu zorlamağa çalışıb. O, karandaş yonan bıçaqla onu vuraraq özünü müdafiə edib. Darya bu haqda polisə müraciət etməyib, amma iddia edilən təcavüzkar polisə məlumat verib. Kişi deyib ki, "ay altında qıza şeir oxuyurdum, o isə bıçaqla mənə hücum etdi”. İndi qızı həbsxana həyatı gözləyir, təcavüz haqda iddia isə sadəcə qəbul edilməyib.

Darya başına gələn bu hadisə barədə Instagramda məlumat yayıb və istəyib ki, hamı zorakılıq qurbanlarının probleminə öz diqqətini yönəltsin.

Sosial şəbəkənin istifadəçiləri #samavinovata həşteqi ilə kütləvi şəkildə fotoşəkillər yerləşdirməyə və necə zorlandıqları, təcavüzə məruz qaldıqları haqda şərhlər yazmağa başlayıblar.

AzNews.az lenta.ru-ya istinadən onların neçə hekayəsini dərc edir.

lerretti:

"Hoqqabazlıq, vulqar şərhlər və cinsi əlaqəyə girməkdən imtina. Bütün bunları mən yaşamalı oldum. Danışacağım söhbət sanki dənizdə bir damladır. Mən sizə Daşa adlı bir qız haqqında danışmaq istəyirəm. Onun bu yaxınlarda 19 yaşı tamam oldu. Ötən yay o, Tuapseyə dəstə rəhbəri kimi işləməyə gedib.

İş növbəsini dəyişəndən sonra gecələmək üçün hostelə gəlib və saat 23:00-da başa düşüb ki, içməli su yoxdur. Mağaza yaxınlıqda olub. O, su alıb geri gəlirmiş. Amma yerli sakin — İqor Storozhev onu fərq edib. Ailəsi və uşağı olan 38 yaşlı İqor həmin var sərxoş olub. İqor düşünüb ki, Daşa ilə asanlıqla tanış ola bilər.⠀

Xoşbəxtlikdən Daşa rəssam olub. O, karandaşları yonan bıçaqla özünü müdafiə edib. Təcavüzkar qaçıb. Amma sonra məlum olub ki, qız iki dəfə onunla bu vəziyyətdə rastlaşıb. Hazırda Daşa panik vəziyyətindədir. O, psixoloqun yanında müalicə olunur.⠀

Və o, vəkillərə pul ödəmək üçün çox çalışır. Çünki həmin şəxsi Daşa yaralayıb. Hazırda onu 10 il həbsxana həyatı gözləyir. Onun zorlanma cəhdi ilə ərizəsi polis idarəsində qəbul edilməyib. ⠀

Bu adam hələ də azadlıqda gəzir. Yəqin o, yenə də sərxoş olan zaman öz şəhvət ehtiyacını ödəmək üçün hansısa qıza hücum edəcək. Bu, mütləq baş verəcək.

little_hedgehog:

"Daşa Aqeniy özünü müdafiə etdiyinə görə 10 il həbsdə qala bilər. Onu zorlamağa çalışan adama isə heç bir şey olmayacaq.

Bir il əvvəl futbol üzrə Dünya Kuboku matçından sonra evə gedirdim və iki kişi mənə hücum etdi. Fotoşəkildəki kimi geyinmişdim, yalnız donum fərqli idi. Kişilərdən biri arxadan mənim boğazımdan tutdu, sonra boynumda bir həftə qançır keçmədi. Mən tamamilə donmuşdum, səsim çıxmırdı. Onlar mənə sekslə məşğul olmaq təklifini edirdilər. Mən onların əlindən çıxıb qaçdım. Polisə getmədim, çünki orada mənə kömək edəcəklərini düşünmürdüm.

Mən indi çox qorxaq olmuşam. Küçə ilə gedəndə arxamda hansısa kişinin gəldiyini hiss edəndə elə sanıram ki, bu dəqiqə mənə hücum edəcək. Əgər o hadisədən bir ay sonra məni polisə çağırsaydılar, həmin kişilər mənə Daşanın başına gəldiyi kimi ittiham irəli sürərdilər. Nəticədə mən Daşanın vəziyyətində ola bilərdim. Yalnız bıçağım yox idi, Daşada isə var idi. Bu şəraitdə yaşamaq çox qorxuludur, çünki çox zaman hücum edən şəxsin əvəzinə səni qınayırlar.

moon_nomad:

"İndi sizə bir hekayə danışacağam.

Bir rəfiqəm var, onun adına Katya deyək. Bir gün Katya evdə bacısını gözləyirmiş, o, taksi ilə gəlməli imiş. Onun bacısı taksiyə ödəniş etmək üçün lazım olan məbləği tapmayıb və Katyadan aşağı düşməsini və əlavə pul ödəməyini istəyib.

Sonra Katya ilə bacısını zorla avtomobilə itələyiblər və boş sahəyə aparıblar. İki dəfə Katyanı zorlayıblar. Bacısı təcavüzkarları hamiləliyin erkən dövründə olduğunu inandırmağa müvəffəq olub və nəticədə ona toxunmayıblar. Katya parlaq makiyaj ilə gözəl sarışın idi. Bu detallar sonra Katyaya qarşı olacaq, lakin bütün bunlar haqda sonra. Ortada iki nəfər təcavüzkar olub.⠀

Niyə Katya bacısının gəldiyi taksiyə oturub? İkinci kişi sonra əyləşib. Sürücü soruşub ki, dostunu aparsalar, onlar heç nə deməzlər ki? Yolda onlar xeyli söhbət ediblər, zarafatlaşıblar Görəsən, qızlar bu oğlanlar haqda pis düşünüblərmi? Xeyr, çünki adi mehriban oğlanlar olub.

Və sonra cəhənnəm başlayıb. Katyanı kiməsə danışdığı təqdirdə öldürəcəkləri ilə təhdid ediblər. Katyanı qorxuzmaq üçün yüngülcə döyüblər. Tələb ediblər ki, o, heç kimə danışmasın və polisə getməsin. Katya söz verib.⠀

Onlar boş ərazidən qayıdarkən Katyanın bacısı yalvarıb ki, bu haqda heç kimə heç nə söyləməsin, çünki bu, ayıbdır, həm də qorxuludur. Katya səssiz qalıb. O da utanıb və başına gələnlərdən qorxub. Ancaq bir vaxtdan sonra polisə gedib və bəyanat verib.⠀

Və sonra dəhşətli günlər başlayıb. Bu iki oğlanın evli olduğu ortaya çıxıb, həm də uşaqları olub. Birinin həyat yoldaşı ikinci uşağa hamilə imiş. Onlar taksi sürücüsü kimi çalışıblar və xarakteristikalarında pis heç nə olmayıb. Hər ikisinin də anası Katyanın yanına gələrək onu “fahişə” adlandırıb və deyiblər ki, özü günahkardır. Belə parlaq boyanmağa isə ehtiyac yox imiş. Nəticəsi isə göz qabağındadır.

Babək Göyüş

AzNews.az