Təyyarədə 42 nəfər və 1 uşaq xilas edilib Təyyarədə 42 nəfər və 1 uşaq xilas edilib

Rusiyada təyyarə qəzası - 2 ölü, 7 yaralı var

Təyyarədə 42 nəfər və 1 uşaq xilas edilib

Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub, 7 nəfər xəsarət alıb.

Təyyarədə 42 nəfər və 1 uşaq xilas edilib.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş. Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir. (APA)