"Qara qutular" ciddi zərər almayıb, onlar deşifrə edilə bilər "Qara qutular" ciddi zərər almayıb, onlar deşifrə edilə bilər

Qəzaya düşən rus təyyarəsi tamamilə yanıb

"Qara qutular" ciddi zərər almayıb, onlar deşifrə edilə bilər

Nijneanqarsk yaxınlığında qəzaya uğrayan Rusiyanın An-24 sərnişin təyyarəsinə ciddi ziyan dəyib və nəticədə tamamilə yanıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks" agentliyi yayıb.

Mənbənin məlumatına görə, təyyarənin ön hissəsi, o cümlədən kabinəsi dağıdılıb, salon isə yanıb.

Buna baxmayaraq, "qara qutular" ciddi zərər almayıb, onlar deşifrə edilə bilər.

Daha əvvəl bildirilmişdi ki, An-24-ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 22-yə çatıb, iki pilot həlak olub.

İlkin məlumatlara görə, layner Ulan-Udeyə yola düşüb və havada olarkən mühərriklərdən biri xarab olub. Hava gəmisi endikdən sonra uçuş-enmə zolağından kənara çıxıb, qurğulardan birinə çırpılıb və yanmağa başlayıb.

Babək Göyüş

AzNews.az