"Donbasdakı vəziyyət son dərəcə gərgin olaraq qalır" "Donbasdakı vəziyyət son dərəcə gərgin olaraq qalır"

Minsk razılaşmasını yerinə yetirin! - Lavrov Zelenskiyə səsləndi

"Donbasdakı vəziyyət son dərəcə gərgin olaraq qalır"

Rəsmi Moskva ümid edir ki, Vladimir Zelenski Ukraynada parlament seçkilərindən sonra Minsk razılaşmasının yerinə yetirilməsinə başlayacaq.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı və faktı" qəzetinə müsahibəsində bildirib.

"Biz rəsmi Kiyevin bu yaxınlarda Minsk razılaşmasını yerinə yetirməyə hazır olması ilə bağlı səsləndirdiyi bəyanatların Ali Radaya seçkilərdən sonra praktiki siyasi forma alacağına ümid edirik", - deyə Lavrov bildirib.

"Ən vacib məsələ müharibəni bitirmək, Ukraynanın cənub-şərqində sülh istəyən dinc sakinləri eşitmək, onların sosial və iqtisadi hüquqlarının tam təmin edilməsi üçün doğma dildə-rus dilində sərbəst danışmaq imkanlarıdır. Bütün bunlar “Minsk Razılaşmasının İcrası üzrə Tədbirlər Kompleksi”ndə yer alıb".

"Donbasdakı vəziyyət son dərəcə gərgin olaraq qalır", - deyə o, vurğulayıb.

"Bu günə qədər atəşin dayandırılması üçün praktiki olaraq heç bir şey edilməyib və hücumlar davam edir".

Lavrov qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski seçkiqabağı kampaniyası zamanı və qalib elan edildikdən dərhal sonra Ukrayna barışığına ziddiyyətli fikirlər səsləndirib.

"Ümid edirəm ki, yeni Ukrayna rəhbərliyi Poroşenko rejiminin məhvedici siyasətini dayandıracaq və bunu Ukraynaya vətəndaş sülhünü gətirən real işlərə çevirə biləcək”.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri 21 iyulda keçiriləcək.

Pərvanə Ağazadə

AzNews.az