Yaxın vaxtlarda məhkəmə digər dənizçilər barəsində vəsatətləri araşdıracaq Yaxın vaxtlarda məhkəmə digər dənizçilər barəsində vəsatətləri araşdıracaq

Moskva məhkəməsi 6 ukraynalı dənizçinin həbs müddətini uzatdı - oktyabrın 24-dək

Yaxın vaxtlarda məhkəmə digər dənizçilər barəsində vəsatətləri araşdıracaq

Moskvanın Lefortovo Məhkəməsi Kerç boğazında Rusiya sərhədini pozduğuna görə həbs edilmiş 24 ukraynalı dənizçidən altı nəfərin həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi məhkəmə zalından yayıb.

"Məhkəmə Vlasyuk, Qritsenko, Drach, Zinçenko, Golovaş və Popovun həbsdə saxlanma müddətini üç ay, yəni oktyabrın 24-dək uzadılması barədə qərar verib", - deyə hakim hökmü elan edib.

Yaxın vaxtlarda məhkəmə digər dənizçilər barəsində vəsatətləri araşdıracaq.

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bildirib ki, saxlanılan Ukrayna dənizçilərinin qətimkan tədbirini dəyişdirmək humanist addım olardı. Bu barədə RİA "Novosti" xəbər verir.

Onun sözlərinə görə, dənizçilərin təqsirinin dərəcəsini müzakirə etmək lazımdır.

Məhkəmə qətimkan tədbirini azaltsaydı, bu, insanpərvər və düzgün olardı.

Əvvəllər məhkəmə Kerç boğazında saxlanılan yeddi ukraynalının həbsini üç ay müddətinə uzadıb.

Pərvanə Ağazadə

AzNews.az