Bütün bunlar İran ətrafında vəziyyəti destabilləşdirə bilər Bütün bunlar İran ətrafında vəziyyəti destabilləşdirə bilər

Putin ABŞ-İran qarşıdurmasından danışdı - "Narahatıq"

Bütün bunlar İran ətrafında vəziyyəti destabilləşdirə bilər

Rusiya prezidenti Vladimir Putin ABŞ-İran arasındakı qarşıdurmadan narahat olduğunu bildirib.

AzNews.az xəbər verir ki, bu barədə o, Kremlin rəsmi saytında yayımlanan amerikalı rejissor Oliver Stouna müsahibəsində danışıb.

"Bu, bizi narahat edir, çünki sərhədlərimizin yaxınlığında baş verir. Bütün bunlar İran ətrafında vəziyyəti destabilləşdirə, çox sıx münasibətlərimiz olan ölkələrə təsir göstərə, böyük miqyaslı qaçqın axınlarına səbəb ola bilər. Eləcə də dünya iqtisadiyyatı və enerji sektoruna ciddi zərər vura bilər", - Putin bildirib.

Rusiya lideri ABŞ-İran münasibətlərindən danışılanda istənilən inkişafı alqışladıqlarını əlavə edib.

"Gərginliyin sadə formada artmasının heç kəsə faydası olmayacaq. Mənə elə gəlir ki, bu, ABŞ üçün də keçərlidir".

Pərvanə

AzNews.az