Oliver Stoun dövlət başçısından xahiş edib ki, onun qızının xaç atası olsun Oliver Stoun dövlət başçısından xahiş edib ki, onun qızının xaç atası olsun

ABŞ-lı rejissor Putindən nə xahiş etdi?

Oliver Stoun dövlət başçısından xahiş edib ki, onun qızının xaç atası olsun

Məşhur amerikan kinorejissoru, ssenarist və prodüser Oliver Stoun Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, Rusiyanın dövlət başçısı artıq bir-iki körpənin xaç atası olduğunu, pravoslav adətinə görə, xaç suyuna salınma kimi müqəddəs mərasimdən imtina etməyin mümkün olmadığını söyləyib.

Vladimir Putin diqqətə çatdırıb ki, bir neçə körpəni xaç suyuna salıb. Bundan sonra Oliver Stoun dövlət başçısından xahiş edib ki, onun qızının xaç atası olsun.

Putin isə cavabında qızın özündən soruşmaq lazım gəldiyini deyib.

Kinorejissor razılaşıb və məlumat verib ki, qızının 22 yaşı var və xristian adət-ənənələri ilə tərbiyə alıb. (Azərtac)