Rusiyanın Yekaterinburq şəhərində iki kişi prezident Vladimir Putinin kortejinin getdiyi yolu "minalamaq" istəyib Rusiyanın Yekaterinburq şəhərində iki kişi prezident Vladimir Putinin kortejinin getdiyi yolu "minalamaq" istəyib

Rusiyada Putinin kortejini "partlatmaq" istəyiblər

Rusiyanın Yekaterinburq şəhərində iki kişi prezident Vladimir Putinin kortejinin getdiyi yolu "minalamaq" istəyib

Hadisə iyulun 9-da Putinin GMIS sammitində çıxışından və Ural Federal Universitetinin tələbələri ilə görüşündən sonra "Kolitsovo" hava limanına gedən yolda qeydə alınıb.

İki şəxs prezident kortejinin hərəkət etdiyi yola bomba mulyajı qoyub. Polis əməkdaşları qanun pozucularını dərhal saxlayıb. Onların daha əvvəl məhkumluğunun olduğu müəyyən edilib.

Canilər öz əməllərini hüquq-mühafizə orqanlarının sayıqlığını yoxlamaq niyyətində olmaları ilə izah ediblər. (Report)