"Mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim" "Mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim"

Dördgünlük iş həftəsi sentyabrın 1-dən qüvvəyə minməlidir - Jirinovski

"Mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim"

Rusiyalı siyasətçi, LDP lideri Vladimir Jirinovski Rusiyada dördgünlük iş həftəsinin tətbiq olunmasının mümkünlüyünü qeyd edib.

Rusiya KİV-ə istinadən xəbər verilir ki, partiya sədri instaqram səhifəsində qeyd edib ki, bu, sentyabrın 1-dən qüvvəyə minməlidir.

O, əlavə edib ki, dördgünlük iş həftəsi ideyası ilk dəfə Liberal Demokrat Partiyası tərəfindən səsləndirilib: "Bir neçə il əvvəl ilk dəfə mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim”.

Jirinovski fikrini belə əsaslandırıb ki, üç gün istirahət Rusiya vətəndaşlarının sağlamlığına müsbət təsir edəcək, həm də işlərinin səmərəliliyini artıracaq. (APA)