“Satqın, şeytan və cırtdan qəhrəmanlar” tərəfindən sözlərim yozulur” “Satqın, şeytan və cırtdan qəhrəmanlar” tərəfindən sözlərim yozulur”

Mən qorxuram ki... – Kadırovdan etiraf

“Satqın, şeytan və cırtdan qəhrəmanlar” tərəfindən sözlərim yozulur”

Çeçenistanın başçısı Ramzan Kadırov özünün qorxularından danışdı.

“Mən vicdan, şərəf və ləyaqətimi itirməkdən qorxuram. Qalan heç nədən qorxmuram”, - deyə Kadırov “On Tv” “YouTube” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, əgər qorxduğu bir şəxs olsaydı, vaxtı ilə atası Əhməd-Hacı Kadırovun “başladığı işi başlamazdı” və beynəlxalq terrorçularla mübarizəni davam etməzdi.

Xatırladaq ki, bir müddət əvvəl Çeçenistanın lideri onun sosial şəbəkələrdə dediklərinin “satqın, şeytan və cırtdan qəhrəmanlar” tərəfindən çox vaxt qəsdən yozulduğunu bildirmişdi.

AzNew.az