O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib

16 yaşlı oğlan bütün ailə üzvlərini qətlə yetirdi: səbəbi dəhşətə gətirir - VİDEO+FOTO

O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib

Rusiyanın Ulyanovsk şəhərində dəhşətli hadisə yaşanıb.

AzNews.az xəbər verir ki, 16 yaşlı məktəbli Timur K. anasını, nənələrini və əkiz qardaşlarını öldürüb. Daha sonra isə intihar edib.

Məktəbin çalışqan şagirdi olan Timurun belə dəhşətli cinayət törətməsi müəllimlərini və sinif yoldaşlarını şoka salıb. O, bir neçə bilik olimpiadasında birinci yer tutub.

O, ailə üzvlərini qətlə yetirdikdən sonra telefon xətləri üçün qurulan qüllədən özünü atıb. Timur özünü öldürməzdən əvvəl mətbəxə stolun üstünə üzərində "təəssüf" sözü yazılan kağız parçası da qoyub. O, ailə üzvlərini öldürdükdən sonra dostuna səsli mesaj göndərib.

Timurun dostu polislərə ifadəsində bildirib ki, atasız böyüyən Timur digər ailə üzvlərinin ona sevgi göstərməməsindən hiddətlənib və onlara nifrət bəsləyib.

Aynur

AzNews.az