"Rus və Türk ordusu vəziyyətlə bağlı danışıqları davam etdirir" "Rus və Türk ordusu vəziyyətlə bağlı danışıqları davam etdirir"

Rusiyadan flaş İdlib açıqlaması

"Rus və Türk ordusu vəziyyətlə bağlı danışıqları davam etdirir"

Rusiya ordusu da İdlibdə keçirilən əməliyyatlarda iştirak edir.

AzNews.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qanalı həmkarı Shirley Ayorkor Bothcway ilə görüşündən sonra ortaq mətbuat konfrası təşkil edib.

Konfransda İdlib bölgəsindəki vəziyyətlə bağlı açıqlamalar verib.

S.Lavrov terror qruplaşmalarının İdlibin əvvəl 50%-nə nəzarət etsələr də artıq bunun 90% olduğunu vurğulayıb. Lavrov İdlib Gərginliyi Azaltma Bölgəsində Rus hərbi birliklərinin olduğunu və Suriya ordusu ilə birlikdə hərəkət etdiyini qeyd edib.

O, Rusiyanın Hmeymim hərbi bazasına terroristlər tərəfindən dəfələrlə hücumlar edildiyini iddia edib.

"Türkiyəyə İdlibdəki terroristlərin məhv ediləcəyi barədə məlumat verdik. Rus və Türk ordusu vəziyyətlə bağlı danışıqları davam etdirir", - deyə rusiyalı nazir bildirib.

Pərvanə

AzNews.az