"Rusiyanın qrupun tərkibində olmağı daha məqsədəuyğundur" "Rusiyanın qrupun tərkibində olmağı daha məqsədəuyğundur"

Tramp Rusiyanı G8-in tərkibinə daxil etməyi məsləhət gördü

"Rusiyanın qrupun tərkibində olmağı daha məqsədəuyğundur"

ABŞ prezidenti Donald Tramp Rusiyanın G8-in tərkibindən çıxarılmasında sələfi Barak Obamanı günahlandırıb.

Trampın sözlərinə görə, 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Krım və Ukrayna da daxil olmaqla, Amerika hökumətini bir çox məsələlərdə “kələkləyib”.

O vurğulayıb ki, Rusiyanın "Böyük yeddili"y ə qayıdışını dəstəkləyəcək, çünki onun fikrincə, Rusiyanın qrupun tərkibində olmağı daha məqsədəuyğundur.

Vladimir Putin özü dünən bəyan edib ki, Rusiya G8 formatında işdən imtina etməyib və “istənilən vaxt tərəfdaşları qonaq gözləyir”.

Xatırladaq ki, "Böyük səkkizlik" formatı 1998-ci ildən mövcud olub. 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra G7-ə qədər azalıb.