Qaqarin onun sayəsində kosmosa uça bilib Qaqarin onun sayəsində kosmosa uça bilib

İnsanın kosmosa uçuşunu reallaşdıran alim öldü

Qaqarin onun sayəsində kosmosa uça bilib

Rusiya Elmlər Akademiyasının akademiki Timur Eneyev sentyabrın 8-də 94 yaşında dünyasını dəyişib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Məhz Eneyevin hesablamaları nəticəsində məlum olmuşdu ki, insan kosmik uçuşdan sonra Yerə qayıda bilər. Bu da Yuri Qaqarinin kosmosa uçuşunun gerşəkləşdirilməsinə gətirib çıxarmışdı.

Həmçinin onun hesablamarından 1957-ci ildə Yerin ilk süni peykinin kosmosa buraxılmasında da istifadə olunub.

Eneyev eyni zamanda planetlərarası zondların Yerətrafı orbitdən startının sxemini də hesablamışdı.

AzNews.az