Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır

Medvedev: Öz pendirimiz də pis deyil

Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır

Rusiya artıq pendir istehsalına başlayıb və heç də pis deyil.

Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Rossiya 24” telekanalının canlı yayımında deyib.

D.Medvedev Fransa pendirlərinin Rusiya mağazalarında peyda olub-olmayacağı barədə suala cavab verərkən Rusiya istehsalı olan pendirləri tərifləyib.

Nazir əlavə edib ki, Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır. (Trend)