“Forbes” reytinqini tərtib etdi “Forbes” reytinqini tərtib etdi

Vahid Ələkbərov Rusiyanın ən zəngin üçüncü şəxsi oldu – SİYAHI yeniləndi

“Forbes” reytinqini tərtib etdi

Biznes jurnalı “Forbes” növbəti dəfə Rusiyanın ən zəngin şəxslərinin siyahısını tərtib edib.

AzNews.az bildirir ki, reytinqə əsasən, birinci pillədə əvvəlki kimi “Sibire” və “Novateka”da payı olan Leonid Mixelson qərarlaşıb. O, 26,2 milyard dollarlıq sərvətə malikdir.

Reytinqdə ikinci yerdə Gennadi Timçenkonun adı çəkilir. O, Mixelsonun partnyorudur. Timçenkonun sərvəti hazırda 22,1 milyard dollar təşkil edir. Onun sərvətinin gün ərzində 268 milyon dollar artdığı qeyd edilir.

Üçüncü pillənin sahibi isə “Lukoyl” şirkətinin həmsahibi Vahid Ələkbərovdur. Onun 21,2 milyard dollarlıq sərvətə malik olduğu bildirilir.

Reytinqin dördüncü pilləsində NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin 21,2 milyard sərvətlə qərarlaşıb. Beşinci pillənin sahibi isə 20,4 milyard sərvətlə “Severstal ” şirkətinin əsas sahibkarı Aleksey Mordaşovdur.

AzNews.az