Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb

Oyuncaq “Ben Laden” satışdan yığışdırıldı

Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb

Rusiyanın Stavropol şəhərində mağazalardan birində “Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Usame ben Ladenin oyuncaq fiqurunun satışa qoyulması sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

“İnterfaks” xəbər verir ki, Ben Ladenin fiqurunu görən müştərilərdən bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarını bununla bağlı tədbir görməyə çağırıb. Etirazlardan sonra oyuncaq satışdan çıxarılıb.

“Karapuza” mağazasının səlahiyyətliləri isə oyuncağın hansı məqsədlə satılması barədə açıqlama verməkdən imtina edib.(qafqazinfo.az)

AzNews.az