Bunun üçün xüsusi otaqlar ayrılacaq Bunun üçün xüsusi otaqlar ayrılacaq

Rusiya müsəlmanları idman yarışları zamanı namaz qıla bilərlər – Layihə müzakirədə

Bunun üçün xüsusi otaqlar ayrılacaq

İdman yarışları zamanı dini mərasimlərin keçirilməsi haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim olunub.

AzNews.az bildirir ki, qanun layihəsi təsdiq olunduğu təqdirdə, idman və bədən tərbiyəsi tədbirlərinin təşkilatçıları iştirakçıları dini ayin və mərasimlərin keçirilməsi imkanı ilə təmin etməli olacaqlar. Sənədə əsasən, stadion və ya idman komplekslərində xüsusi olaraq bu məqsədlə ayrılmış otaqlarda dua etmək mümkün olacaq.

Bu yolla, Dövlət Dumasında “dini inanclarla bağlı mənəvi ehtiyacları ödəmək azadlığı hüququ”nun reallaşdırılması nəzərdə tutulur.

AzNews.az